"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Türkiyənin "Kocaelispor" klubunun Super Liqaya qayıdışına biganə qalmayıb. Sport24.az xəbər verir ki, 42 yaşlı mütəxəssis bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
Sadıqov yerli nəşrlərdən birinin postunu yayımlayıb.
Qeyd edək ki, "Kocaelispor" 35-ci turun dünən baş tutan oyunlarından sonra Superliqaya vəsiqəni təmin edib. Rəşad Sadıqov 2009-cu ilin yanvarından iyuluna qədər "Kocaelispor"un formasını geyinib.