"Kəpəz"in futbolçusu Rauf Hüseynlinin Sport24.az-a müsahibə verib.
- Premyer Liqanın 29-cu turunda "Sabah"ı səfərdə minimalhesabla məğlub etdiniz. Oyunla bağlı fikirlərini bölüşərdin...
- Çətin qarşılaşma oldu. Mübarizə apardıq. Şükürlər olsun ki, sonda 3 xal qazanan tərəf biz olduq.
- "Səbail"lə xal fərqi artıq 7-yə yüksəldi. Bu, sizi arxayınlaşdırır, yoxsa...
- Təbii ki, bizə özgüvən verdi. Qarşıda çox tur var, hər şey ola bilər. Bu oyunu unudub, növbəti matç haqqında düşünürük.
- "Kəpəz" turnir cədvəlində özünə yaxın komandalara qalib gələ bilmir, iddialıları məğlub edir. Bu nə ilə bağlıdır?
- Yəqin ki, böyük komandalara qarşı oynamaq daha artıq motivasiyadır. Kollektiv şəkilində daha yaxşı oyuna köklənə bilirik. Məhz buna görə müsbət nəticə əldə edə bilirik.
- Oyun epizodlarının birində komandanı real qoldan xilas etdin. Epizodu necə şərh edərdin?
- Əsas qələbə qazanmağımızdır. Uduzsaydıq, mən topu boş qapıdan çıxartsaydım, mənası olmayacaqdı. Qalib gələndə komanda şəkilində gəlirik. Oyundan sonra baş məşqçi Azər Bağırov hamımızı mübarizəyə görə təbrik etdi.