Polşa çempionatında XXVI turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS bu turda lider "Yaqelloniya"nın qonağı olub. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Məmmədov start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, LKS 17 xalla 18 komanda arasında sonuncu-18-ci pillədə qərarlaşıb. "Yaqelloniya" 51 xalla 1-cidir.