"Qış fasiləsində komandadan futbolçu göndərmək və ya transfer etmək çətindir". Bu sözləri Sport24.az-a "Şahdağ Qusar"ın prezidenti Rahid Əmirquliyev deyib.

O, bir çox oyunçunun klubları ilə müqavilələrinin olduğunu söyləyib:

"Təbii ki, "Şahdağ Qusar"dan da gedənlər olacaq. Danışıqlar gedir. Biz də heyətimizi gücləndirmək istəyirik".

O, hücumçu Ruslan Voronsovun adının başqa komanda ilə hallanmasına da toxunub:

"Futbolçumuz Ruslan Voronsova təkliflər var. Bombardirlər arasındadır. Bizimlə müqaviləsi var. Real təklif olsa, danışıq apara bilərik. Ruslanın klubda qalacağı və ya  gedəcəyi sual altındadır".

 

Qeyd edək ki, 12 turdan sonra aktivində 12 xal olan Qusar təmsilçisi qış fasiləsinə 8-ci pillədə yollanıb.