“Etiraf edək ki, İsveçlə matçdan öncə heç kim yığmadan belə parlaq qələbə gözləmirdi. Ancaq uşaqlar çox gözəl oynadılar, layiqli qələbə qazandılar. Lakin Belçika ilə oyunun çox çətin olacağını düşünürəm. B günkü rəqib həqiqətən də çox güclü komandadı. Yığmamız çətin Belçika səfərindən 1 xalla dönə bilsə, bizim üçün uğurlu nəticə hesab oluna bilər”. Bu sözləri Sport24.az-a açıqlamasında Rahid Əmirquliyev bildirib.

Veteran futbolçu saytımıza açıqlamasında Belçika ilə oyunun çətin keçəcəyini söyləməklə yanaşı, Canni de Byazinin çalışdırdığı komandanın nəyin hesabına səfərdən xalla dönə biləcəyini də vurğuladı: “Belçikanın xala ehtiyacı yoxdu, artıq final mərhələsinə vəsiqəni təmin ediblər. Bu üzdən bəlkə də kimlərsə rəqibin bu gün keçiriləcək qarşılaşamaya ciddi önəm verməcəyini düşünür. Ancaq Avropada hər oyuna fərqli yanaşırlar. Hər qarşılaşmanın öz hekayəsi var. Yığma nəyin hesabına səfərdən xal və ya xallarla dönə bilər? Çox çətin sualdı. Məncə, İsveç üzərində qələbədən sonra yığmada özgüvən artıb və emosianal yüksəlişin hesabına Belçikadan xal almaq mümkündü”.

Qeyd edək ki, Belçika hazırda F qrupunda 17 xalla 2-ci pillədə qərarlaşıb.
RƏŞAD QASIMOV