"Qarabağ" Avropa Liqasının yeni formatda keçirilməsinə tam uyğunlaşa bilməyib. Sport24.az xəbər verir ki ,bunu klubun baş məşqçisi Qurban Qurbanov "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

 

Avropa Liqasının yeni formatda keçirilməsinin "Qarabağ"a müsbət təsir edib-etməməsi sualını cavablayan Qurban Qurbanov deyib:

 

"Hələ ki, tam uyğunlaşmamışıq. Bizim kimi klublara, bizim kimi futbol ölkələrinə bəlkə az komanda olması daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara qarşı hazırlaşırsan, biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə, onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Bu kimi hallar var. Amma bunlar problem yaratmalı deyil. Hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdız, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır.