Təlim-məşq toplanışı çərçivəsində "Araz-Naxçıvan" yoxlama oyunu keçirib. "İmişli" ilə qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb Sport24.az xəbər verir ki, oyundan sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov oyun haqda fikirlərini bölüşüb:

 

"Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ fiziki yükləmələr fonunda oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər. Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdu. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq".