"Çox ciddi rəqibə qarşı oynayacağıq. "Molde”ni səhvə məcbur etmək üçün maksimum çalışmalıyıq”. Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis fikirlərinin həm oyunda, həm də cəbhə bölgəsində olacağını vurğulayıb: "Bəlkə bi bu matçın ondi Bakıda olması uyğun deyildi. "Molde” son vaxtlar meydanda ən intizamlı oyun göstərən rəqiblərdəndi. Meydanda boşluq verməyi xoşlamır  Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar”.

Qurbanov azarkeşləri uğurlu nəticə ilə sevindirmək istədiklərini söyləyib: “Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah da bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.

Baş məşqçi zədəli müdafiəçi Bəhlul Mustafazadənin durumuna aydınlıq gətirib: “Bəhlulun durumu ilə bağlı yəqin ki, oyuna kimi bir məlumat verilməyəcək. Hələ ağrıları var. Dünəndən bu günə qədər fərq hiss olunur. Ancaq bugünkü durumu bizi qane etmir”.

Xatırlafaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.