"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub. Sport24.az xəbər verir ki, birinci turda Şimali Makedoniyanın "Sileks" komandasını iki oyunun nəticəsinə görə üstələyən "Dinamo" (Belarus) "ağ-qaralar"ın növbəti rəqibi olub.
Minsk təmsilçisi ilk oyunda 0:1 hesabıyla uduzub. Cavab matçının əsas və əlavə vaxtı isə belarusluların eynihesablı qələbəsiylə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Dinamo" adını II təsnifata yazdırıb.