"Düzgün oyun nümayiş etdirdik". Sport24.az xəbər verir ki, bunu Çexiyanın "Bohemians" klubunun baş məşqçisi Lüdek Kluşaçek "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.

55 yaşlı mütəxəssisin fikrincə, rəqibin qeyri-dəqiqliklərindən və tərəddüdlərindən yararlana biliblər: "Problemimiz topa daha çox nəzarət edə bilməməyimizlə bağlı idi".

Qeyd edək ki, ilk oyununda Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzan "Qəbələ" isə ikinci sınağında Şimali Makedoniyanın "Borats"ını minimal hesabla yenib - 1:0.