"Qəbələ"nin zədəli olan braziliyalı futbolçusu Ramon Maçado Misli Premyer Liqasının növbəti turuna hazırlanır. Klubun baş meneceri Nail Kərimov Sport24.az-a açıqlamasında əsas qol ümidləri olan təcrübəli hücumçunun son turda "Sabah"la ev matçında meydana çıxmasını məqsədəuyğun saymadıqlarını söyləyib: "Maçado bugünlərdə bizim həkimin nəzarəti altında fərdi məşq edir. "Sabah"la matçda meydaa çıxmasını risk eləməkdi ki, zədəsi bir az da ağırlaşmasın. Ramonun oynamasını fevralın 5-ə hədəfləmişik. Bildiyim qədərilə "Zirə"ylə həmin günkü səfər matçınadək hazır olacaq. Amma təbii ki, oynayıb-oynamamağı ilə bağlı baş məşqçi qərar verəcək. Hər şey yaxşı getsə, qarşıdakı matçımızadək Elmar Baxşıyevin sərəncamında olacaq".

Xatırladaq ki, Maçado qış fasiləsindən sonra ilk turda - "Kəpəz"lə Gəncədəki oyunda fasiləyə az qalmış əzələsini dartaraq əvəzlənmişdi. 

 

 

MEHMAN SÜLEYMANOV