"Qəbələ"nin futbolçusu Rövlan Muradov Misli Premyer Liqasının XX turunda "Sabah"la ev matçdan əvvəl mükafatlandırılıb. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, 24 yaşlı cinah yarımmüdafiəçisinin "qırmızı-qaralar"ın heyətində yubiley - 100-cü oyun keçirməsiylə bağlıdı.

Bununla əlaqədar klubun baş meneceri Nail Kərimov Rövlana xatirə forması hədiyyə edib. 

Xatırladaq ki, Muradov "Qəbələ"nin yetirməsidi. 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ