"Bu mövsüm "Qəbələ"nin heyətində 34 oyunda meydanda olmuşam. Son 3-4 oyunda oynamamışam. Bu da baş məşqçimizin qərarıdı. Fikrimcə, il ərzində 34 oyun oynayıramsa, bu, normaldı. İki oyunda xəstə olmuşam, birində də vərəqə cəzam olub deyə meydanda olmamışam. Amma ümumilikdə götürsək, normal oynayıram". Bunu Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Murad Musayev deyib.

29 yaşlı müdafiəçi uzun illərdi çıxış etdiyi, yetirməsi olan klubun ona müqavilə təklif etdiyini söyləyib: "Mövsüm bitəndən sonra rahat danışacağıq. "Qəbələ" hər bir akademiya yetirməsinin, yerli futbolçunun qalmasının tərəfdarıdır. Təbii ki, burda şərtlər də önəmlidi. Biz də "Qəbələ"də qalmaq istəyirik. Şərtlər qane edəcəksə, əlbəttə ki, komandada qalacağıq".

 

KAMAL RZA