Premyer Liqada XVI turda Qəbələdəki görüşün iştirakçıları arasında 9 futbolçunu cəza təhlükəsi gözləyir. Sport24.az xəbər verir ki, "Qəbələ"də cinah müdafiəçiləri - kapitan Ürfan Abbasovla Rauf Hüseynlinin, əcnəbi yarımmüdafiəçilər - Ahmed Ayzaya ilə Omar Haninin passivində 3 sarı vərəqə var.

"Kəpəz"də bu say daha çoxdu - 7 nəfər. Bunlar yerli futbolçulardan Rüfət Əhmədov, Vüsal Məsimov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, legionerlərdən Yeqor Xvalko, Junior Martins, Georgi Papunaşvilidi. 

Adıçəkilən bu 11 futbolçu bu gün "sarı" alarsa, vərəqə limitini aşaraq cəzalı duruma düşəcəklər.

Xatırladaq ki, "Kəpəz" növbəti turda "Sumqayıt"ı qəbul edəcək, "Qəbələ" "Səbail"in qonağı olacaq.