Misli Premyer Liqasının VII turunun bağlanış matçı olan "Qəbələ" - "Qarabağ" görüşündə insident olub. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər ki, Kevin Medina Bilal Auaşeriya ilə mübarizədə rəqbinin çənəsinə zərbə vurub. Bunadəksə Bilal sərt oynayaraq Kevinin boynuna zərbə endrimişdi.
Bu zaman "Qəbələ"li Əyyub Allaş Medinaya yaxınlaşaraq hərəkətinə etirazını sərt formada bildirdi. Bundan sonra meydanda dava-dalaş düşüb, komanda üzvləri bir-birinə giriblər. Bu zaman "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da çox emosional olub.
İnsident yatırılandan sonra baş hakim Elçin Məsiyev vərəqələri "paylayıb". Belə ki, o, Medinayla Allaşa, habelə, "Qarabağ"ın baş məşqçisinə sarı, "Qəbələ"nin məşqçisi Rasim Ramaldanova isə qırmızı vərəqə göstərib.
Amma hər şey bununla da bitməyib. Belə ki, baş hakim epizoda VAR monitorunda baxmalı olub. Bu da Kevinə mümkün qırmızı vərəqəylə bağlı olub. Məsiyev Medinaya yaxınlaşaraq "sarı"nı ləğv edib, rəqibə qarşı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə göstərib.
Onu da bildirək ki, Qurbanov müdafiənin mərkəzində boşluq yarandığından Patrik Andradeni Maksim Medvedevlə əvəzləyib.
MEHMAN SÜLEYMANOV, Qəbələ
İ