Misli Premyer Liqasının VII turunun bağlanış matçının keçirildiyi Qəbələ şəhər stadionunda tablo işləmir. Klubdan Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına verilən məlumata görə, bu, texniki problemlə bağlıdı.

Belə ki, bu gün günorta saatlarından problemin aradan qaldırılması üzərində iş gedir.

Xatırladaq ki,  "Qəbələ" - "Qarabağ" qarşılaşmasında ilk 15 dəqiqədən sonra qpnaqlar hesabda 2:0 irəlidədi.

 

MEHMAN SÜLEYMANOV, Qəbələ