"Qəbələ" yeni transferini gerçəkləşdirib. Sport24.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Qəbələ təmsilçisi 24 yaşlı futbolçu İsaaq Amoahla anlaşıb.

 

Mərkəz müdafiəçisinin son klubu İspaniyanın 3-cü liqa komandası "Atletiko Sanlukenyo" olub.

 

Qanalı oyunçu karyerası ərzində 80 oyuna 2 qol vurub və 1 qolun ötürməsini edib.

 

Qeyd edək ki, "Qəbələ" daha öncə Prins Ovusu ilə anlaşdığını açıqlamışdı.