Venesuela millisinin forvardı Salomon Rondon icarə əsasında "Ovyedo"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçu qarşıdakı mövsümü icarə əsasında La Liqa klubunda keçirəcək.
Karyerası ərzində "Las Palmas", "Malaqa", "Rubin", "Zenit", "Vest Bromviç", "Nyukasl", "Dalian", ÇSKA, "Everton", "River Pleyt" klublarında oynamış Rondonun "Paçuka" ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
Ötən mövsüm təcrübəli hücumçu "Paçuka"nın heyətində 39 oyun keçirib və 16 qol vurub.