"Arsenal"ın yeni müqavilə təklifini qəbul etməyən Leandro Trossard karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbaxça" belçikalı vingeri transfer etmək istəyir.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

İstanbul təmsilçisi Trossard üçün "Arsenal"la danışıqlara başlamağa hazırlaşır. London klubu 1 illik sözləşməsi qalan 30 yaşlı oyunçu üçün gələn təklifləri dəyərləndirəcək.

 

Qeyd edək ki, "Arsenal" Leandro Trossardı 2023-cü ilin yanvar ayında "Brayton"dan transfer edib. Belçika millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.