Fatih Terimlə yollarını ayıran "Əl-Şəbab"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini İmanol Alquasil çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Əl-Şəbab" 54 yaşlı ispaniyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, İmanol Alquasilin son iş yeri "Real Sosyedad" olub.