“Qarabağ"ın "Lex"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya səfər proqramı bəlli olub. Sport24.az xəbər verir ki, "köhlən atlar" Poznana matçdan 2 gün öncə - iyulun 3-də hazırda təlim-məşq toplanışında olduqları Avstriyadan birbaşa yollanacaqlar.

Bir gün sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Ardınca isə komanda matçın baş tutacağı "Poznan" stadionunda oyun öncəsi son məşqinə çıxacaq. (Report)

İyulun 5-də keçiriləcək “Lex” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Cavab matçı isə iyulun 12-də Bakıda olacaq.