"Qarabağ"ın Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan heyətinə qatmağa yaxın olduğu Semi Mmae bu gün Azərbaycan təmsilçisində tibbi müayinədən keçəcək. Sport24.az-a verilən məlumata görə, 28 yaşlı müdafiəçi ilə 2 il icarə əsasında "köhlən atlar"da çıxış edəcək.
Ağdamlıların mərakeşli oyunçunu satın alma imkanı olmayacaq. "Qarabağ" daha əvvəl bu oyunçu ilə maraqlansa da, çox maaş istədiyi üçün razılıq əldə edə bilməmişdi.
Klubların anlaşmasına əsasən, oyunçunun məvacibinin bir hissəsini Zaqreb təmsilçisi verəcək.
Mmae ötən mövsüm Xorvatiya klubunun heyətində 20 oyun keçirib və bir qol vurub.