"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin müştərilərinin sayı durmadan artır. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Polşalı qolkiperin adı son vaxtlar gözlənilmədən Dortmund "Borussiya"sı ilə yanaşı hallanırdı. Lakin hələlik bu keçidin baş tutması real görünmür.

Bununla belə, başqa bir real variant ortaya çıxıb. Polşanın "Vidzev" (Lodz) klubu 25 yaşlı qolkiperi heyətinə qatmaq istəyir.

Bu, Ekstraklasa təmsilçisi üçün yeni mövzu da deyil. Çünki onlar Koxalskini yayda da transfer etməkdə maraqlı idilər. Lakin həmin vaxt diqqəti digər qapıçılara yönəldiblər və bu müddət ərzində də polşalı futbolçunun transfer qiyməti qalxıb. Bununla belə, "Vidzev" qapıçını transferində israrlıdır və klub rəhbərliyi danışıqların müsbət sonluqla yekunlaşacağına ümid edir.

Qeyd edək ki, Mateuş Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.