"Qarabağ" qış fasiləsində heyətinə yeni oyunçu qatmağa yaxındı. Sport24.az-ın əldə etdiyi məlumata görə, ağdamlılar rumıniyali futbolcunun xidmətində maraqlıdır.

 

Söhbət 23 yaşlı Yanis Stoykadan gedir. Ağdam klubu hücumçu mövqeyində, sağ və sol vinger kimi çıxış edə bilən futbolçunu heyətinə cəlb etmək istəyir.


Qeyd edək ki, 2002-ci ildə anadan olan Stoyka karyerası ərzində yalnız Rumıniya klublarında çıxış edib. O, hazırda "Hermanştatd"ın formasını geyinir. 2024/25 mövsümündə Rumıniya çempionatında 20 oyuna çıxan futbolçu 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yanis ölkəsinin U-21 millsində 13 matça çıxıb və 3 dəfə fərqlənib.