"Qarabağ"ın baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci ilə görüşüblər. Sport24.az xəbər verir ki, tədbir qonaqların Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisinində baş tutub.

 

Görüşdə TÜİB-in sədri Hüseyin Büyükfırat, idarə heyətinin üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev də iştirak ediblər.

 

Müxtəlif mövzuları müzakirə edən tədbir iştirakçıları qarşılıqlı əməkdaşlıq imkanları və digər proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, sonda Enes Eminoğluna "Qarabağ"ın forması hədiyyə olunub.