"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan İngiltərənin "Nyukasl" klubu uğursuz seriya ilə üzləşib. Sport24.az-ın məlumatına görə, "sağsağanlar" son 7 rəsmi matçda cəmi bir qələbə qazana bilib.

Eddi Haunun baş məşqçisi olduğu kollektiv yanvarın 14-də Liqa Kubokunun yarımfinalında "Mançester Siti"yə uduzub. Dörd gün sonra Premyer Liqada "Vulverhempton"la qolsuz heç-heçə edən komanda yanvarın 21-də UEFA Çempionlar Liqasında PSV-ni (Niderland) məğlub edib - 3:0.

Bu görüşdən sonra "Nyukasl" qələbəyə həsrət qalıb. Yanvarın 21-də Premyer Liqada "Aston Villa"ya yenilən komanda (0:2), UEFA Çempionlar Liqasında PSJ ilə bərabərə qalib - 1:1.

Premyer Liqa təmsilçisi son turda "Liverpul"a (1:4), Liqa Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında isə "Mançester Siti"yə məğlub olub.

Qeyd edək ki, "Qarabağ" bu rəqiblə ilk görüşünü fevralın 18-də Bakıda, cavab matçını fevralın 24-də İngiltərədə keçirəcək