"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub. Sport24.az cəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

 

Ağdam təmsilçisi III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı mübarizədən kənarlaşdırsa, növbəti raundda "Ludoqorets" (Bolqarıstan) – "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq.