"Kəpəz"dən ayrılan Rati Ardazişvili yenidən Gürcüstanda çıxış edəcək. Sport24.az xəbər verir ki, Gəncə klubunun heyətdə saxlamaq istəmədiyi gürcü yarımmüdafiəçi "Qaqra" ilə anlaşıb.
O, dekabrın 31-nə qədər bu klubun formasını geyinəcək. 27 yaşlı futbolçu ötən mövsümü "Kəpəz"də keçirmişdi.
Rati karyerası ərzində "Lokomotiv"(Tbilisi), "Çixura", "Rux"(Lvov), "Telavi", "Kaspiy"(Aktau), "Liepaya", "Samtrediya" klublarında oynamışdı.