"Qarabağ"ın iki aparıcı futbolçusu Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçını buraxa bilər. Sport24.az xəbər verir ki, Marko Yankoviç və Kevin Medinanın cəzalı duruma düşmək ehtimalı var.

 

Hər iki oyunçu Bakıda FCSB-yə qarşı Avropa Liqasının Liqa mərhələsinin VII tur matçında sarı vərəqə alacaqları təqdirdə sonuncu turda meydana çıxmayacaqlar.

Yankoviç III və VI turlarda, Medina isə III və IV turlarda sarı vərəqə ilə cəzalandırılıblar. Sabahkı görüşdə də eyni hal yaşansa, onlar üçüncü dəfə bu halla üzləşəcəklər.


Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - FCSB qarşılaşması saat 21:45-də başlayacaq. Azərbaycan çempionu yanvarın 30-da "Olimpiakos"un qonağı olacaq.