"Bilirəm ki, "Riyeka" sonuncu turda Slaven Belupo ilə üz-üzə gələcək. Eyni rəqibi iki dəfə məğlub etmək asan olmayacaq. Amma mən komandaya inanıram". Bu sözləri "Qarabağ"ın futbolçusu Marko Veşoviç "Kanal-ri.hr" nəşrinə açıqlamasında deyib.

33 yaşlı cinah müdafiəçisi sabiq komandasının Xorvatiya liqasındakı mümkün çempionluq şansları barədə danışıb.

"Riyeka"nın yaxşı azarkeşləri var. Əgər çempion olmaq istəyirlərsə, son matçda qalib gəlməlidirlər. Çətin olacaq, amma buna şübhəm yoxdur".

Qeyd edək ki, Marko Veşoviç 2016/2017 mövsümündə "Riyeka" ilə Xorvatiya çempionu olub və ölkə kubokunu qazanıb. "Riyeka" sona bir tur qalmış 62 xalla liderdir. İkinci sıradakı "Dinamo"nun da eyni xalı var. Komanda şəxsi oyunlarda rəqibini üstələyir.

4 qat Azərbaycan çempionu olan Veşoviçin Ağdam təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.