UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb. Sport24.az xəbər verir ki, artıq 30 minə yaxın bilet sahibini tapıb.
Biletlərin qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.