UEFA Avropa Liqasında əsas mərhələhə vəsiqə qazana biləcək klubların siyahısı yenilənib. Sport24.az "Football Meets Data"ya istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan çempionu "Qarabağ" da yer alıb.
"Köhlən atlar"ın bu turnirdə Liqa mərhələsinə yüksəlmə ehtimalı 62 faiz göstərilib.
Qeyd edək ki, "Qarabağ" hazırda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparır. Komanda bu raundun ilk matçında İrıandiyada "Şelburn"u üç cavabsız qolla üstələyib. Cavab görüşü iyulun 30-da keçiriləcək.