"Qarabağ" Avstriya toplanışında növbəti oyununu keçirib.

Sport24.az xəbər verir ki, Ağdam klubu Xorvatiya "Slaven"i ilə görüşüb.

Matçın taleyi ikinci hissədə həll olunub. Bir illik fasilədən sonra "Qarabağ"a qayıdan Musa Qurbanlı Belupo təmsilçisinin qapısına yol tapıb. Onun qolu Qurban Qurbanovun yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bunadək "Kayzerslautern" (1:3) və Plzen "Viktoriya"sı ilə (2:1) görüşən "Qarabağ" bu gün BƏƏ "Şəbəb Əl Əhli"si ilə də görüşəcək.