"Qarabağ" cari mövsüm bütün turnirlərdə 100-cü qolunu vurub. Sport24.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının 30-cu turunda "Səbail"lə oyuna təsadüf edib.
Qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın üçüncü qolu cari mövsümdə 100-cü olub. Buna Leandro Andrade imza atıb.
14 qolla çempionatın bombardiri olan yarımmüdafiəçi sözügedən qarşılaşma het-trik etmişdi. Onun ikinci qolu 100-cü, üçüncü qolu isə 101-ci olub.
Ölkə çempionu bunların 74-ü Premyer Liqada, 6-nı Avropa Liqasında, 15-ni Çempionlar Liqasının təsnifat mərhələlərində, 6-nı isə Azərbaycan Kubokunda vurub.