"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsində Finlandiya HİKi- ilə ilk oyunun başlama saatı və stadionu müəyyənləşib. Sport24.az xəbər verir ki, avqustun 10-dakı matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Ağdam təmsilçisi bu mövsüm Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi. Bu da mərkəzi arenada gedən yenidənqurma işləri ilə bağlı idi.
Qeyd edək ki, "Qarabağ"ın HİK-lə cavab görüşü isə avqustun 17-i Helsinkidə olacaq.