Misli Premyer Liqasının XXI turunda "Zirə"ni məğlub edən "Turan Tovuz" uğursuz seriyaya son verib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi bu rəqibinə qarşı əvvəlki son 4 çempionat matçında qələbə qazana bilməyib.
Maraqlıdır ki, "Turan Tovuz" həmin görüşlərdə həm də fərqlənməmişdi.
Tovuzlular son olaraq 2024-cü ilin oktyabrında rəqibini minimal hesabla üstələmişdi. Ondan sonrakı dörd oyunun ikisində "Zirə" qalib gəlibsə, ikisi qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Turan Tovuz" ötən gün iki cavabsız qolla "qartallar"ı məğlub edib.