Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində bu gün ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, millimiz “Dalğa Arena”da, saat 17:00-da start götürəcək oyunda Kipr yığması ilə qarşılaşacaq.

“CBC Sport”la canlı yayımlanacaq Azərbaycan – Kipr qarşılaşmasını Moldovadan olan hakimlər briqadası idarə edəcək:

 

22 sentyabr (cümə)

17:00. Azərbaycan - Moldova

Baş hakim: Elena Gobjila

Baş hakimin köməkçiləri: Natalia Ceban, Ana Ciobotaru

Dördüncü hakim: Oxana Cruc

Bakı. "Dalğa Arena" stadionu