“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Azər Bağırov fransalı legioner Axel Nqando ilə anlaşma əldə etdiklərini söyləyib.

Belə ki, artıq düşərgədə olan 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə bugünlərdə müqavilə imzalanararaq keçidi rəsmən açıqlanacaq: "Axel "10 nömrə" çıxış edir. Bizə də həmin mövqeyə - oyun qurucusu olan legioner lazım idi. "Transfer pəncərəsi" bağlansa da, keçidini reallaşdırmaq problem olmayacaq. Çünki fransalı sərbəst futbolçudu". 

Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinmiş Nqanqo PSJ-nin akademiyasında yetişib. Onun karyerası əsasən Vətəninə, 2021-ci ildən bu yana “Qrenobl”a bağlı olub. Axek bunadək bir dəfə legioner həyatı yaşayaraq Türkiyədə "Göztəpə"də 2 il çıxış edib.

 

MEHMAN SÜLEYMANOV