Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Zirə"–"Araz-Naxçıvan" və "Şamaxı" – "Qarabağ" oyunlarının keçiriləcəyi tarix müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

 

Bildirilib ki, "Zirə" – "Araz-Naxçıvan" matçı noyabrın 6-da, "Şamaxı" – "Qarabağ" qarşılaşması isə dekabrın 19-da baş tutacaq.

 

Qeyd edək ki, qarşılaşmaların məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcək.