"Türk Hava Yolları"nın dəstəyi ilə keçirilən,​ Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİSİ yarışmasında IV dövrənin ilk turu arxada qaldı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizədə lider mövqeyini möhkəmlədib.

Belə ki, Sport24.az-ın redaktoru Mehman Süleymanov son turlarda ən yaxın izləyicisi olan Futbolxeber.az-ın baş redaktoru İbrahim Cəfərovla xal fərqini 3-ə artırıb. Buna səbəb Cəfərovun bu turda 1 xal belə qazanmaması olub. Süleymanov isə ikinci oyun günündə cavabları düz olaraq aktivinə 2 yazıb.

Bu turdan sonra 2-ci pillənin sahibi dəyişib. Belə ki, Football24.az-ın baş redaktoru Ceyhun Əliyevin də bu turda 2 doğru cavabı olub. O, Futbolxeber.az-dakı həmkarını keçərək, artıq 1 xal qabaqlayır (https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-son-dovrenin-ilk-turuna-proqnozlar).

22 turdan sonra turnir cədvəli:

1. Mehman Süleymanov (48), 2. Ceyhun Əliyev (46), 3. İbrahim Cəfərov (45), 4. Şəmsəddin Abbasov (44), 5-6. Faiq Tahirov, Ruslan Sadıqov (hər ikisi - 43), 7. Kənan Həsənov (42), 8. Elmir Əliyev (41), 9. Mirbağır Cəfərli (38), 10. Şahin Cəfərov (37). 11. Elşən Məmmədov (36). 

Qeyd edək ki, turnirin qalibi "Türk Hava Yolları"ndan Bakı-İstanbul-Bakı reysinə​ pulsuz bilet qazanacaq.