Misli Premyer Liqasında VII tur arxada qaldı. Sport24.az saytının 3-cü mövsümdü həyata keçirdiyi Premyer Liqanın BİLİCİsi layihəsində budəfəki turda yüzfaizli nəticə göstərən olub. Özü üçü birdən.

Belə ki, lider Kənan Məstəliyev, ən yaxın izləyicisi Ruslan Mikayıllı və yüzfaizli nəticədən sonra 3-cü pillədə artıq tək qərarlaşan Ruslan Sadıqov "5-də 5" ediblər. 

VII tura proqnozlarla aşağı linkdə tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-masazirda-start-goturecek-tura-proqnozlar)

 

VII turdan sonra turnir cədvəli:

Kənan Məstəliyev - 27, Ruslan Mikayıllı - 26, Ruslan Sadıqov - 25, Səxavət Qurbanov , Süleyman Vəliyev, Kənan Həsənov - hər üçü 23, Ceyhun Əliyev - 22, Mehman Süleymanov - 21, Elmir Əliyev, Faiq Tahirov - hər ikisi 19, İbrahim Cəfərov - 17.