Macarıstan çempionatında 4-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" komandası səfərdə "Nyiregyhaza" klubunun qonağı olub.

 

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Anatoli Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 57-ci dəqiqədə meydana daxil olub. O, komandasının yeganə qolunu vuraraq fərqlənib.

 

15 avqust

 

"Nyiregyhaza" - "Kişvarda" - 2:1

 

Qollar: J.Batoum, 45, M.Kvasina, 90+1 - A.Nuriyev, 82

 

Qeyd edək ki, bu nəticədən sonra "Kişvarda" 4 xalla 8-ci pillədə yer alıb.