Misli Premyer Liqasında XXXV tur arxada qaldı. Sport24.az saytının 3-cü mövsümdü həyata keçirdiyi Premyer Liqanın BİLİCİsi layihəsində son turda toplanılan ən maksimal xal 3 olub.

Bunlardan biri olan Səxavət Qurbanov lider Kənan Məstəliyevə nəhayət, çata bilərək ikihakimiyyətlik yaradıb. Nəticədə onlar arasında çempionluq mübarizəsi son tura qalıb. Üçüncü pillədə gedərək, şərikli liderlərdən 2 xal geri qalan Süleyman Vəliyevin də çempionluğa şansı qalıb. 

XXXV tura proqnozlarla aşağı linkdə tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-qebelede-starti-verilecek-tura-proqnozlar_3)

 

XXXV turdan sonra turnir cədvəli: 

Kənan Məstəliyev, Səxavət Qurbanov -  hər ikisi 107, Süleyman Vəliyev - 105, Ruslan Sadıqov - 100, Kənan Həsənov - 98, Elmir Əliyev - 97, Ruslan Mikayıllı - 94, Faiq Tahirov - 91, Mehman Süleymanov - 89, Ceyhun Əliyev - 83, İbrahim Cəfərov - 68.