Misli Premyer Liqasında sabah sonuncu - dördüncü dövrəyə start veriləcək. Sport24.az arxada qalan 27 tur ərzində ən çox penalti təyin edən baş hakimlər haqqında araşdırma aparıb. 

 

Birinci pillədə Fərid Hacıyev qərarlaşıb. Maraqlıdır ki, o, idarə etdiyi 9 matçda 5 dəfə 11 metrlik nöqtəni göstərib. 

 

İkinci və üçüncü pillələrdə İnqilab Məmmədovla Tural Qurbanov yer alıblar. Məmmədov 15 oyunda, Qurbanov isə 11 görüşdə 4 dəfə penalti təyin etməli olub. 

 

Qeyd edək ki, Misli Premyer Liqasında 28-ci tur martın 28-də başlayacaq.