Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün startı müəyyənləşib. Sport24.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti açıqlayıb.

 

Qurumun qərarına əsasən yeni mövsüm avqustun 15-də başlanacaq. Yeni mövsümdə 12 komanda mübarizə aparacaq. Komandalar 3 dövrədə 33 turda mükafatçıları müəyyənləşdirəcək.

 

Qeyd edək ki, Premyer Liqanın son qalibi 2024/25 mövsümünün çempionu "Qarabağ" olub.