Minifutbol üzrə ölkə çempionatında play-off oyunlarının tarixləri müəyyənləşdirilib.

Sport24.az xəbər verir ki, martın 26-27 də sonuncu turun oyunları keçiriləcək. Turnir cədvəlində ilk səkkiz yeri tutan komandalar isə 3-10 aprel tarixlərində 1/4 final matçlarında görüşəcəklər.

Ölkə çempionatının yarımfinal oyunları 16-20 aprel tarixlərində nəzərdə tutulub. Mayın 14-də isə ölkə çempionatının finalı və 3-cü yer uğrunda oyunu keçiriləcək