Peşəkar Futbol Liqası (PFL) 2023/2024 mövsümündə may ayının ən yaxşı qolunun müəllifini mükafatlandırıb. Sport24.az xəbər verir ki, XXXV turun "Səbail" - "Neftçi" matçında üçüncü qolun müəllifi olan Qara Qarayev 1000 manata sahib çıxıb.

 

Mükafatı yarımmüdafiəçiyə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.