I Liqa və II Liqada "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qollarının müəllifləri mükafatlandırılıb. Sport24.az xəbər verir ki, I Liqada "Difai" klubunun futbolçusu Emil Quluzadə, II Liqada isə "Şahdağ Qusar"ın üzvü Tural Qurbanov mükafatlandırılıb.

 

Mükafatları AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.