"Yanvarın 5-dən məşqlərə start vermişik. Gündə iki dəfə məşq edirik". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Naxçıvan"ın futbolçusu Ömər Buludov deyib.



Müdafiəçi cari mövsümdəki hədəflərindən söz açıb: "Ötən mövsüm yaxşı çıxış etdik. Düşünürəm ki, daha da yaxşısını edə bilərdik. Bu mövsüm isə mükafatçılar arasında yer almağa çalışacağıq". 



Qeyd edək ki, "Araz-Naxçıvan" qış fasiləsinə ikinci pillədə yollanıb.