Basketbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib. Sport24.az xəbər verir ki, ikinci yarımfinalda "Gəncə" "Naxçıvan"ı məğlub edib - 86:80.
Gəncə təmsilçisi həlledici görüşdə NTD ilə qarşılaşacaq.
Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək.